Rüşvət alan şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi – Baş Prokurorluq

Hazırda oxunan: Rüşvət alan şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi – Baş Prokurorluq

30333

«Fakt Araşdırıcı-N» MMC-nin direktoru Zeynal Məmmədovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, ibtidai istintaqla Zeynal Məmmədovun qeyd olunan vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxsləri həmin Cəmiyyətdə işə qəbul etmək üçün müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri təsdiq etməklə vəzifə saxtakarlığına yol verərək pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu il 444 cinayət işi məhkəmələrə göndərildi


İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Zeynal Məmmədova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması- təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin