Toğrul Nərimanbəyov bu gün dəfn olunacaq - ölümündən 31 gün sonra

Hazırda oxunan: Toğrul Nərimanbəyov bu gün dəfn olunacaq - ölümündən 31 gün sonra

30320

İyunun 2-də Fransada vəfat edən Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov ölümündən 31 gün sonra nəhayət ki, bu gün Parisin “Passi” məzarlığında dəfn ediləcək.  

Dəfn Bakı vaxtıyla axşam saat 18.00-də olacaq. Rəssamın dəfnində iştirak etmək üçün Azərbaycan Mədəniyyət Nazirliyinin və Rəssamlar İttifaqının nümayəndələri artıq Parisdədir.  

Xatırladaq ki, Toğrul Nərimanbəyovun dəfninin bir ay gecikməsinə səbəb onun qızı Əsmər Nərimanbəyova ilə həyat yoldaşı Sevil Nərimanbəyovanın dəfnin Azərbayganda yoxsa Fransada olması ilə bağlı fikir ayrılıqları olub. Rəssamın ikinci həyat yoldaşını məhkəməyə verən Əsmər Nərimanbəyova sonra məhkəmədə uduzub və Fransa məhkəməsi Toğrul Nərimanbəyovun həyat yoldaşının istəyinə uyğun olaraq rəssamın Parisdə dəfn edilməsinə qərar verib. şərh yaz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin