Dubay polisi sərgi stendindən 3,5 milyon dollardan çox dəyəri olan zinət əşyaları və saatları oğurlayan şəxsləri ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Dubay əmirliyi polisinin “Facebook” səhifəsinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda avtomobillərdən oğurluq edən narkotacirlər həbs olundu - FOTO
“Polis əməkdaşları avtomobil sərgisinin stendindən təxminən 13 milyon BƏƏ dirhəmi dəyəri olan (3,5 milyon dollardan çox) zinət əşyaları və saatların naməlum şəxslər tərəfindən oğurlanması və cinayət yerində heç bir iz buraxmadan oğurluq motosikletlərlə ərazidən qaçmaları barədə məlumat aldıqdan 10 saat vaxt keçməmiş bir qrup şübhəli avropalını saxlayıb”, deyə Dubay polisinin rəhbəri Abdullah əl-Murri bildirib.
Onun sözlərinə görə, oğurlanmış əşyalar qanuni sahiblərinə qaytarılıb.
Dubay polisinin Cinayət Axtarışları Baş İdarəsinin direktoru Camal əl-Cəlləfin sözlərinə görə, həbs olunanlar “soyğunçuluqla məşğul olan mütəşəkkil dəstə”nin üzvləridir.
Bizim.Media