Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb
Bizim.Media-nın məlumatına görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, antinarkotik təbliğatı adı altında keçirilən yarış iyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında təşkil olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda idman zalında yanğın oldu
Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.
Yarışın təşkilatçısı olan ictimai birliyin rəhbəri, 1984-cü il təvəllüdlü Elçin Çobanzadə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.
Yarışın iştirakçıları və tamaşaçıları ilə bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media