Alverçilər xarici bazara axışır – Maşın bazarında NƏ BAŞ VERİR? 

Hazırda oxunan: Alverçilər xarici bazara axışır – Maşın bazarında NƏ BAŞ VERİR? 

30235

Azərbaycanın avtomabil bazarında müxtəlif təkliflərə rast gəlmək mümkündür. Bahalı salonlarda qoyulan yüksək məbləğli avtomabillərlə yanaşı bazarda fərqli qiymətlərə təklif olunan ikinci əl maşınlar da satılır. 

Əlavə olaraq Azərbaycanda avtomobil istehsal edən müəssisələr fəaliyyət göstrir. Bununla yanaşı maşın sahibi olmaq istəyənlərin arasında birbaşa xarici bazarlara üz tutanlar, bunun üçün müxtəlif ölkə sərhədlərini aşaraq, günlərlə əziyyətə qatlaşmağı üstün tutanların sayı az deyil.

Qiymət, keyfiyyət, inizibati qaydalar, yoxsa digər  amillər bu durumu yaradır?
 

MÖVZU İLƏ BAĞLI:

Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT


İqtisadçı Razi Abbasbəyli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan kimi post sovet ölkələrində yerli istehsal beynəlxalq standartlara cavab vermədiyi üçün vətəndaşlar daha keyfiyyətli avtomabillərə sahiblənmək istəyir: 

“Amma birinci əl avtomabillər Azərbaycanda kifayyət qədər bahadır, ona görə də vətəndaşların böyük hissəsi ikinci əl maşınlara üstünlük verirlər. İstehlakçıların xarici bazara üz tutmasının səbəbləri çoxdur. Əvvala Azərbaycanda 100 faizlik sığortalanma sistemi uğurlu deyil. Avropada fövqəladə situatsiyalarda, fos-major vəziyyətlərində baş verən qəzalarda birinci əl alınan avtomabillərin yenisi ilə əvəzlənməsi imkanı yaradılır. Dəyişdirilən avtomabil vasitələri isə hərraca təqdim olunur. Azərbaycan kimi daxili istehsalı olmayan ölkələrin vətəndaşları isə kiçik təmir xərclərini qarşılayaraq, yüksək standartlara cavab verən avtomabil əldə etməyə üstünlük verirlər”.

İqtisadçı deyir ki, son zamanlar mövcud gömrük rüsumları, daşınma xərcləri vətəndaşlara bu istiqmətdə də zərbə vurur:

“Amma bununla belə texniki, maddi göstəricilər daha cəlbedici olduğuna görə vətəndaşlarımız buna üstünlük verirlər. Yeni avtomabillərin qiymətinə baxsaq, görərik eyni ili, eyni texniki göstəriciləri olan avtomabil markaları Avropa, Asiya, hətta ABŞ bazarlarında daha ucuz qiymətə təklif olunur. 2021-ci ilin yanvarında dünya auksionlarına çıxarılmış avtomabil markalarının qiymətlərinin Azərbaycanla müqayisə edəndə fərqin nə qədər olduğu üzə çıxır. Bunun səbəbi ölkəmizdə nəqliyyat vaistələri bazarının inhisarda olmasındadır. Minik avtomabillərinin rəsmi dillerlərninin arxasında yüksək çinli məmurlar dayanırlar ki, onlar bazarda qiymətləri diqtə edirlər”.

Razi Abbasbəyli deyir ki, digər tərəfdən isə Avropa, Amerika, hətta Asiya qitəsnin bəzi ölkələrində istifadə olunan yüksək texniki göstəriciləri olan nəqliyyat vaistələri birinci əl olaraq Azərbaycana gətirilmir:

“Azərbaycanda bu günə qədər idxal olunan nəqliyyat vaistələri ilə bağlı dövlət standartının qəbul edilməməsi  də istehlakçıların xarici bazarlardan ikinci əl avtomabillərə üstünlük vermələrində mühüm səbəbdir”.

Xatirə Nəsirli,Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin