Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Novo-Saratovka kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
17 mindən çox toy qeydiyyata alınıb
Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına kiçik toy mərasimi təşkil edib.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.
Bizim.Media