Novxanıda ekoloji fəlakət yaşanır. Bu barədə redaksiyamızı bilgili mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, kəndin Duz gölünün yaxınlığında yerləşən hissəsində kanalizasiya xətti olmadığı üçün kanalizasiya suları Duz gölünə axıdılır: “Kəndin əksər ərazisində kanalizasiya hissəsi olsa da, Duz gölü ilə üzbəüz ərazidə yerləşən hissəsində kanalizasiya sistemi yoxdur. Buna görə də bu ərazidə məskunlaşan vətəndaşlar kanalizasiya problemlərini həll etmək üçün müxtəlif üsullardan istifadə edir ki, bu üsulların demək olar ki, hamısı ekoloji fəlakətə yol açır. Belə ki, kanalizasiya sisteminin olmaması səbəbi ilə mənzillərdən çıxan kanalizasiya xətlərinin bəzisi çirkab suları Duz gölünə axıdır ki, bu da həm ərazinin, həm də su hövzəsinin çirklənməsi deməkdir. Bundan başqa, kanalizasiya sisteminin yoxluğu bir çox ailələri kanalizasiya sularını həyətlərində qazdığı quyulara axıtmağa məcbur edir ki, bu da torpaq örtüyünün çirklənməsi, ekoloji durumun ağırlaşmasına səbəb olur. Vətəndaşlar hesab edir ki, əgər yaxın vaxtlarda məlum ərazidə kanalizasiya sistemi yaradılmasa, yaxın gələcəkdə sözügedən bölgədə tam bir ekoloji fəlakət yaşanacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.