Mopedlərlə bağlı qaydalar sərtləşdiriləcək - RƏSMİ müraciət olunub

Hazırda oxunan: Mopedlərlə bağlı qaydalar sərtləşdiriləcək - RƏSMİ müraciət olunub

30106

Azərbaycanda son zamanlar moped qəzalarının sayı artıb. Xüsusilə paytaxtda yol hərəkəti qaydalarını nəzərə almayan moped, motoskl sürücülərinə daha çox rast gəlinir. Nömrə, sürücülük vəsiqəsi olmadığı üçün onların törətdiyi qəzaların müşahidə olunması çətinlik törədir.

Bu da moped sürücülərinin məsuliyyətsiz yanaşma ortaya qoymasına səbəb olur. 

Gürcüstanda isə yaxın gələcəkdə mopedlərlə bağlı yeni qaydalar qüvvəyə minəcək. 2022-ci ilin mart ayından etibarən, mopedlərin qeydiyyatı məcburi olacaq. Ölkənin daxili işlər nazirinin müavini, Aleksandre Dalaxveridze bildirib ki, mopedlərə baxış keçirilməsi və avtomobillərdə olduğu kimi onlara da nömrələr təyin edilməsi nəzərdə tutulur:  

“Yeni qaydalara əsasən, moped idarə etmək istəyən şəxslərin sürücülük vəsiqələri olmalıdır. Vəsiqə AM kateqoriyasını nəzərdə tutur. Ancaq, sürücünün hər hansı başqa kateqoriyaya məxsus vəsiqəsi varsa, qəbul ediləcək və o, moped idarə etmək hüququndan istifadə edə biləcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstana avtobus marşurutları açılır? – PROTOKOL İMZALANDI


Azərbaycanda da bu məsələ gündəmə gələ bilərmi?

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələ Azərbaycanda Gürcüstandan əvvəl gündəmə gəlib:

“Qanunvericilikdə mühərikinin işçi həcmi 50 kub sanitimetr olan mexaniki nəqliyyat vasitələrinə dövlət nömrə nişanının verilməsi nəzərdə tutulmur və onların idarəolunması üçün sürücülük vəsiqəsi tələbi qoyulmur. Lakin hansısa formada bu cür nəqliyyat vasitələrinə də dövlət nömrə nişanlarının verilməsi, onların qeydiyyatdan keçirilməsi, idarə edilməsi üçün müvafiq sənədin verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilib. Bu məsələ sadəcə təsdiqini tapmalıdır”. 

Vaqif Əsədov baş vermis yol nəqliyyat hadisələrində, eləcə də piyadaların vurulmasında mopedlərin də iştirakının olduğunu bildirib: 

“Nəqliyyat hadisələrinin ağırlıq dərəcəsi və digər məsələləri də nəzərə aldıqda, görürük ki, bu məsələ öz həllini tapmalıdır. Mopedlərin yol hərəkət qaydalarına uyğun hərəkət etməli olduğu ilə bağlı dəfələrlə tədbirlər, maarifləndirici çağırışlar da olub. Bu cür nəqliyyat vasitələri işıq cihazları, sürücülər isə xüsusi geyimlə təhciz olunmalıdır. Çünki digər mexaniki nəqliyyat vasitələrindən fərqli olaraq onların aşma ehtimalı var, bu da xəsarət dərəcəsini ağırlaşdırır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin