COVID pasportunu oxuyan aparat QURAŞDIRILSIN – Deputatdan TƏKLİF 

Hazırda oxunan: COVID pasportunu oxuyan aparat QURAŞDIRILSIN – Deputatdan TƏKLİF 

30084

“Yeni qaydaların tətbiqində məqsəd vaksinasiya prosesini sürətləndirməkdir. Bununla belə, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Daha məqsədəuyğun olardı ki, ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın”. 

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov “Facebook” hesabında çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Xüsusi karantin rejimi ilə bağlı Əli Əsədovdan YENİ QƏRAR 


Onun sözlərinə görə quraşdırılacaq avadanlıqlar prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, növbələrin sayını və kənar müdaxilələri azaldar:

“Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədəuyğun olardı. Bütün bunlar vaksinasıya prosesinin sürətləndirilməsinə dəstək ola bilər”.

Xatırladaq ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 4 milyon 564 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 1 milyon 910 min nəfərdir. Bloomberg-in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 19.1 faizi hər iki doza peyvənd olunub. Göründüyü kimi tam vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də birinci olsa da, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 fazilik tövsiyyəsindən aşağıdır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin