Məsciddə pul üstündə dalaşan mollalar cəzalandırılacaqmı? ”“ RƏSMİ MÖVQE

Hazırda oxunan: Məsciddə pul üstündə dalaşan mollalar cəzalandırılacaqmı? ”“ RƏSMİ MÖVQE

30071

Bu gün Avropa.info xəbər portalında Azərbaycandakı məscidlərin birində mollaların pul üstündə əlbəyaxa olması və bir-birini küçə söyüşləri ilə təhqir etməsini özündə əks etdirən video görüntülər yayılıb.

Moderator.az  yayılan video ilə bağlı müvafiq qurumların rəyini öyrənməyə, etik normalara zidd olan bu davranışa görə həmin mollalara qarşı hər hansı cəza tədbirinin nəzərdə tutulub-tutulmadığını araşdırmağa çalışıb.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən sualımıza cavab olaraq bildirdilər ki, sözügedən video görüntüdən xəbərdardılar:

“Həmin video haqda məlumatımız var, amma bu məsələni araşdırmaq bizim yox, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin səlahiyyətində olan məsələdir. Buna baxmayaraq biz də öz növbəmizdə bu məsələni diqqətdə saxlamağa çalışacağıq”

Gün ərzində əməkdaşlarımız dəflərlə Qafqaz Müsəlmanları Ruhani  İdarəsi ilə telefon əlaqəsi yaratmağa çalışsalar da idarədən zənglərimizə cavab verən tapılmadı.

 

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin