Qarabağa qarış-qarış BÖYÜK QAYIDIŞ – Qalib Azərbaycanın BÜTÖVLÜK PLANI

Hazırda oxunan: Qarabağa qarış-qarış BÖYÜK QAYIDIŞ – Qalib Azərbaycanın BÜTÖVLÜK PLANI

29996

Ermənistanın 2020-ci ilin sentyabrındakı təxribatından sonra Azərbaycan əks-hücuma başladı və dünya tarixinə 44 günlük savaş kimi keçən Vətən Müharibəsində qələbə qazandı. 

Bu zəfərlə Bakı dronlarla savaş və möcüzəvi Şuşa əməliyyatı kimi ilklərlə eradan əvvəldən bu yana bəşəriyyət sakinləri tərəfindən sevilən “Leonid və 300 spartalı” kimi əfsanələrə kölgə saldı. Əsas diqqət Azərbaycanın Müzəffər Ordusunun qəhrəmanlıqlarına yönəldi. Dünyanın nə düşündüklərini bir kənara qoysaq, görərik ki, torpaqlar işğaldan azad olunandan sonra azərbaycanlıları maraqlandıran əsas məsələ Qarabağa geri dönməkdir.
 

MÖVZU İLƏ BAĞLI

Erməni cinayətlərini dağıdan HADRUT YUMRUĞU – 44 günlük savaş barədə 44 cümlə...
 


“Ağıllı kənd” layihəsi...

Zəngilan rayonun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində tətbiq olunacaq pilot layihə özündə 5 əsas fundamental komponenti birləşdirir:

1. “Ağıllı kənd”in komponentlərindən biri yaşayışda smart texnologiyalar və süni intelektdən istifadədir.

2. "Ağıllı kənd"in sakinləri yüksək sürətli internetdən, distant səhiyyənin üstünlüklərindən istifadə edəcəklər. 

3. İstehsal prosesində innovativ texnologiyalardan istifadə olunacaq ki, bu, daha səmərəli istehsaldır. 

4. Texnologiyadan istifadə etməklə daha məsuldar bitkilər, tərəvəzçilik, bağçılıq məhsulları əldə olunacaq.

5. Zəngilan rayonunda günəşli saatların daha çox olması alternativ enerji mənbəyi kimi günəş enerjisindən istifadəyə imkan verir və rayonun hidroenerji ehtiyatları da var.  

İşğaldan azad olunan torpaqlara qayıdış “Ağıllı kənd”lərdən başlaya bilər. Amma Hadrutu da unutmaq olmaz.

Çünki 1988-ci ildə ermənilər qərbi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salıblar və onların Hadruta köçü planlaşdırılır. Əslində, azərbaycanlıların ilk olaraq “Ağıllı kənd”lərə - Zəngilana qayısdışı həm pilot layihənin sınaqdan keçirilməsi, həm də insanların adaptasiyası baxımından önəmlidir. 

Mina xəritəsi üzərində cızılan Ağdam planı!

Məğlub Ermənistan kapitulyasiyaya imza atsa da, mina xəritələrinin Azərbaycana verilməsini yubadırdı. Bakı isə insanların 30 illik vətən həsrətinə tezliklə son qoymaq istədiyindən alternativ variantlara əl atdı. Belə ki, savaşdan sonra təxribatlarda iştirak etmiş və ordumuz tərəfindən saxlanılan erməni diversantlar “kozır kart” rolunu oynadı. Çünki Paşinyanın seçkilərdə qalib gəlməsi üçün erməni xalqının dəstəyi lazım idi və bu səs çoxluğu onların “əsir” adlandırdıqları silahlı cinayətkarların Ermənistana qaytarılması ilə mümkünləşə bilərdi. Bakının İrəvanın qarşısına qoyduğu şərt isə mina xəritələrinin Azərbaycana verilməsi oldu. 

Ermənistan hökuməti boynu bükük formada mina xəritələrini Azərbaycana verdi və ehtiyatsızlıqdan ölümlərə səbəb olan partlayıcı qurğuların zərərsizləşdirilməsi sürətləndi. Nəticədə Ağdamın planı hazırlandı. Prezident İlham Əliyev isə çıxışlarının birində insanların Ağdama geri dönməsinin təxminən 2 ilə mümkün olacağını deyib.

Hadisələri analiz etdikdə qaçqın və məcburi köçkünlərin Qarabağa qayıdışını bu ardıcıllıqla görmək olar:

Zəngilanın “Ağıllı kənd”ləri, Hadrut, Xocavəndin bir hissəsi, Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçının dəhlizdən kənar hissələri və Ağdam. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Şurnuxu, Şahverdilər, Nüvədi kimi kəndlərin də qapısını azərbaycanlıların üzünə aça bilər.

Gözlənilən sülh sazişinin imzalanması Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması deməkdir ki, nəticədə 12 min azərbaycanlının Xankəndinə, digərlərinin Əsgəran və Ağdərəyə dönüşü asanlaşacaq.

“Böyük Qayıdış”da Xocalı da var...

Anar Rəhimov, Bizim.Media 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin