Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib.
Xəbərdarlıqda bildirilir ki, bu gün axşam saatlarından başlayaraq Xəzər dəniz akvatoriyasında Şimal-Qərb, Şimal küləyi 13-18, arabir 20-23 m/s, sonrakı inkişafda isə 25-30 m/s-dək güclənəcək.
Dalğanın hündürlüyünün 3.0-5.5 metrə çatacağı proqnozlaşdırılır. İyulun 27-si axşamdan 29-na kimi isə Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.
Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 26.07.2021
Dövlət Dəniz Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Dövlət Dəniz Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Dövlət Dəniz Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
29993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.