ANS açılır?  – Vahid Mustafayev DANIŞDI

Hazırda oxunan: ANS açılır?  – Vahid Mustafayev DANIŞDI

29952

ANS yayım llisenziyasını almaq üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) tenderində itirak edir. 

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist, ANS CM-in yaradıcısı Vahid Mustafayev “Facebook” hesabında bildirib.

Onun sözlərinə görə MTRŞ təhsil verəcək və maarifləndirəcək TV ilə bağlı müsabiqə elan edəndə ANS Şirkətlər Qrupuna bağlı üç şirkət (İNS ÇM, Balans və istipress) sənədləri hazırlayıb və MTRŞ-ya təqdim edib:

“Bütün hüquqi, təşkilati  və maddi-texniki baza barədə məlumatlardan ibarət sənədlər həmişəki kimi qaydasındadır. İyulun 23-də MTRŞ üzvləri maddi-texniki bazaları yoxlamaq üçün avadanlıqların olduğu ərazilərə də baş çəkib və hər şeyin qaydasında olduğunu dillərinə gətirib. Bu barədə müvafiq aktlara imzalar atılıb”. 

Azərbaycanda maarifləndirmə işlərinin aparılmasında ANS-in rolu danılmaz olduğunu vurğulayan Vahid Mustafayev bir vaxtlar sözügedən TV-də yayımlanan maarifləndirici verilişlərin geri qayıtmasını arzulayır:

“Ağıl dəryası”, "Dahilərin divanı", "Şəxsiyyət vəsiqəsi", "Keçmişə salam", "Kamerton" və sair verilişlər bu qəbildəndir. ANS-i tanıyan hər bir azərbaycanlı, böyükdən balacayadək, kanalı hər zaman Vətənpərvər adlandırır. Bu işdə 30 illik təcrübəmiz var! Ona görə də bu müsabiqədən qalib çıxacağımıza inamım var!”, deyə o, əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin