Toğrul Nərimanbəyov yenə dəfn olunmadı: 22-ci gündür

Hazırda oxunan: Toğrul Nərimanbəyov yenə dəfn olunmadı: 22-ci gündür

29892

İyunun 2-də Parisdə vəfat etmiş xalq rəssamı Toğrul Nərimanbəyovun dəfni qeyri-müəyyən müddət üçün təxirə salınıb. 
Xatırladaq ki, mərhumun ikinci həyat yoldaşı və ilk nikahdan olan qızı arasında rəssamın dəfn yeri haqqında mübahisə yaranıb.

Həyat yoldaşı Sevil Nərimanbəyova rəssamın öz arzusuna istinad edərək, onun Parisdə dəfn olunmasında israr edir. Lakin birinci nikahdan qızı Əsmər Nərimanbəyova atasının vətəndə dəfn olunmasında israr edir. Azərbaycan hökuməti də bu mövqeyi tutur.

Paris məhkəməsi ötən həftə S.Nərimanbəyovanın xeyrinə qərar çıxarıb, bundan sonra rəssamın qızının apellyasiya şikayəti də təmin edilməyib.

Lakin qızı prokurorluğa rəssamın xəstəxanada ölüm hallarının araşdırılması haqqında şikayət verib. O, rəssamın daim nəzarət altında olmalı olduğu reanimasiyada yıxılmasını qəribə hesab edir.

Öz növbəsində, rəssamın həyat yoldaşı Turan-a bildirib ki, Nərimanbəyov reanimasiyada deyil, adi palata idi və gecə hamam otağında yıxılıb.

İndi Nərimanbəyovun dəfni cəsədin təkrar ekspertizası və prokurorluğun araşdırması yekunlaşana qədər təxirə salınır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin