"Səyyar Gənclər Xidməti" layihəsinə START VERİLDİ - FOTO

Hazırda oxunan: "Səyyar Gənclər Xidməti" layihəsinə START VERİLDİ - FOTO

0:00
0:00
29871

Bu gün Qubanın Üçgün kəndində "Səyyar Gənclər Xidməti" layihəsinin açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu,"Gənc könüllülər"İctimai Birliyi  və Quba İH-nin birgə təşkilatçılığı ilə baş tutub.

Yeni layihə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə ölkədə  gənclərə yaradılan imkan və xidmətlərin, o cümlədən sahibkarlıq, təhsil, özünüməşğulluq, kənd təsərrüfatı və digər sahələrdə keçirilən dövlət proqramlarına kəndlərdə yaşayan gənclərin daha sıx cəlb edilmələrini artırmaqdır.

Məlumata görə,"İmkanlar sənə doğru" devizi altında keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi 4 ay ərzində ölkənin 36 rayonunun 100-ə yaxın kəndini əhatə edəcək.

Açılış mərasimində çıxış edən Azərbaycan Gənclər Fondunun sədri Fərid Cəfərov, Quba İh başçısının 1-ci müavini Tariyel İbrahimov və başqaları gənclərə yaradılan dövlət siyasətindən danışaraq onlara uğurlar arzulayıblar.

Qubada tədbir qarşıdakı iki gündə Gərey, Birinci Nügədi və Rustov kəndlərində davam edəcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin