AMEA-dan Moderator.az-a daxil olan məlumata görə akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu 27-28 iyun 2013-cü il tarixində akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyi münasibətilə “Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
Konfransda 300-dək alim, o cümlədən Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistandan 25 nümayəndə iştirak edəcək. Konfransın açılışı 27 iyun saat 11:00-da AMEA-nın əsas binasının (H.Cavid pr. 31) 1-ci mərtəbəsindəki dairəvi iclas zalında olacaq. Bölmələr üzrə iclaslar AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda (H.Cavid pr. 31, AMEA-nın əsas binası, 7-ci mərtəbə) keçiriləcək.
































































































