Şirvanda reyd - COVİD-19 pasportu olmayanlar toya buraxılmadı - FOTO

Hazırda oxunan: Şirvanda reyd - COVİD-19 pasportu olmayanlar toya buraxılmadı - FOTO

29812

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Polis COVID-19 pasportu olmayanları toya buraxmır


Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb.

Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

Sonda şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin