Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Qasımov saxlanılıb.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Polis narkotacirlərə qarşı əməliyyat keçirdi - FOTOLAR
Məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla onun həmin psixotrop maddəni Cəlilabad sakini Ə.Zeynalovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 2 bükümdə metamfetamin aşkanaraq götürülüb.
Bizim.Media