Akif Muradverdiyevin vəkili dandı: "Çantasındakı əşyalar onun deyil"

Hazırda oxunan: Akif Muradverdiyevin vəkili dandı: "Çantasındakı əşyalar onun deyil"

29719
“Akif Muradverdiyevin çantasından tapıldığı iddia olunan əşyaların ona heç bir aidiyyəti yoxdur. Əşyaların kimə məxsus olduğunu əməliyyatı təşkil edənlərdən soruşmaq lazımdır”. Moderator.az-ın xəbərinə görə, Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin vəkili Fuad Ağayev “Media forum”a belə deyib. 

Akif Muradverdiyev iyunun 20-də Bakı hava limanında tutulub. Elə həmin gün Səbail Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Akif Muradverdiyev Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanır, qaçaqmalçılıqda ittiham olunur.

Vəkilin sözlərinə görə, Akif Muradverdiyevin çantasından çar Rusiyası dövrünə aid, 18 min manat dəyərində qızıl sikkələrin tapıldığı iddia olunur: “Yaxınları ilə söhbət eləmişəm. Akif müəllimin nəyinə lazımdır qızılları götürüb Rusiyaya aparsın? 21-ci əsrdir, kimin xaricdə xərcləri varsa, onu kart vasitəsilə aparır. Yəni kimsə götürsün özü ilə valyuta aparsın ”“ belə məsələlər ancaq Azərbaycan hüquq mühafizə orqanlarına xas olan əməliyyatlar nəticəsində ortaya çıxır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin