Azərbaycanda ən çox kim işləyir? – SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən çox kim işləyir? – SİYAHI

29716

Azərbaycanda 2021-ci ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 141,5 saat olub. Məlum olub ki, bir ayda ən çox su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin, ən az isə təhsil sahəsində çalışanlar işləyir. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarını təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

İşəgötürənlər üçün yeni layihəyə start verilir


Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq  - 144,4

Mədənçıxarma sənayesi - 137,2 

Emal sənayesi - 138,0 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 145,8 

Su təchizatı, tullantıların təmizlənməsi və emalı -148,1 

Tikinti - 146,6 

Ticarət; nəqliyyat vasitələrinin təmiri - 144,2 

Nəqliyyat və anbar təsərrüfatı - 141,1 

Turistlərin yerləşdirilməsi və ictimai iaşə - 134,9 

İnformasiya və rabitə - 144,3 

Maliyyə və sığorta fəaliyyəti - 144,0 

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 138,4 

Peşə, elmi və texniki fəaliyyət - 138,8

İnzibati və yardımçı xidmətlərin göstərilməsi  - 146,5 

Dövlət idarəetməsi və müdafiə; sosial təminat  - 145,8 

Təhsil - 134,7

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi - 144,0 İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət  - 144,5 

Digər sahələrdə xidmətlərin göstərilməsi  - 132,9

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin