Hacıqabul rayon sakini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan “patı” (metamfetamin) aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:28 / 24.07.2021
“Patı” satan daha bir nəfər tutuldu
Hazırda oxunan: “Patı” satan daha bir nəfər tutuldu
Hazırda oxunan: “Patı” satan daha bir nəfər tutuldu
29709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.