18 yaşlı qızın tualetə zəncirlənməsi ilə bağlı cinayət işi açıldı

Hazırda oxunan: 18 yaşlı qızın tualetə zəncirlənməsi ilə bağlı cinayət işi açıldı

29681

Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü(qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədə ŞOK HADİSƏ - Ana 18 yaşlı qızını tualetə zəncirlədi - RƏSMİ 


Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə rayon polis şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin