General-mayor Seyidov Kənan Əlihüseyn oğlu – Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilib.
Bizim.Media bildirir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kənan Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin olunub.
MÖVZU İLƏ BAĞLI:
Prezident 4 generalı yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
Qeyd edək ki, ötən ilin noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov Vətən müharibəsi işitakçısıdır.
O, ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 4 medala layiq görülüb. K.Seyidov “Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.
Bizim.Media