Lənkəranda şok olay: naməlum məxluqlar evləri daşlayır

Hazırda oxunan: Lənkəranda şok olay: naməlum məxluqlar evləri daşlayır

29663
Lənkəran şəhəri Kiçik Bazar qəbristanlığına yaxın ərazidəki “28 may” küçəsindəki 43 məhəllənin sakinləri son günlərdə qəribə olayla qarşılaşıb.

Moderator.az ANS PRESS-ə istinadən xəbər verir ki, burada yaşayan sakinlər gecə saatlarında evlərin damlarının daşlandığını deyirlər.
Sakinlərin yuxularını ərşə çəkən daşlama nəticəsində əsasən damların şifer örtükləri ziyan çəkib. Bir evdə isə pəncərələr də sındırılıb.

Sakinlərin baş verən hadisə ilə bağlı Lənkəran rayon polis şöbəsinə rəsmi müraciətindən sonra polislər də iki gün dalbadal sakinlərlə birgə bu qəribə olayın araşdırılmasına başlayıb.

Lənkəran şəhər polis şöbəsinin sahə inspektoru Ədalət Canıyev ANS PRESS-ə açıqlamasında faktla bağlı araşdırılmanın davam etdirildiyini bildirib. Onun sözlərinə görə, hələlik olayla bağlı saxlanılanlar olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin