Arif Seyidova cinayət işi açıla bilər

Hazırda oxunan: Arif Seyidova cinayət işi açıla bilər

29620
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə Göygöl rayonunda baş verən korrupsiya halları barədə davamlı şikayətlər edilir. Qeyd edək ki, bu şikayətlərin nəticəsi olaraq, icra başçısı Arif Seyidovun yaxın qohumu Peşə Liseyinin direktoru həbs edilib. Bundan başqa rayonun digər büdcə təşkilatlarında korrupsiya və rüşvət halları ilə bağlı maliyyə yoxlamaları başlayıb. Yoxlamalar zamanı rayonun səhiyyə və təhsil sistemindəki özbaşınalıq, rüşvət və korrupsiya halları barədə şikayətlər təsdiq edilib. Maliyyə Nazirliyinin apardığı yoxlamaların nəticələri isə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Göygöldəki mənbəmizin məlumatına görə, rayondan dövlət qurumlarına edilən kütləvi şikayətlər artıq Prezident Administrasiyasında müzakirə olunub və təhlil aparılıb. Məlum olub ki, şikayətlərin böyük əksəriyyəti icra başçısı və onun büdcə təşkilatlarında çalışan yaxın qohumlarının fəaliyyəti ilə bağlıdır. Mənbəmizin Arif Seyidovun yaxın zamanlarda öz vəzifəsi ilə vidalaşacağını istisna etməyib. Ancaq Arif Seyidovun taleyi sadəcə vəzifəsi əlindən alınmaqla kifayətlənməyə bilər. Belə ki, hazırda həbsdə olan rayonun keçmiş vəzifəliləri istintaq və məhkəmə proseslərində icra başçısının əleyhinə ifadə veriblər. Belə nəticə çıxarmaq olar ki, toxunulmazlıq hüququndan məhrum olandan sonra Arif Seyidov cinayət məsuliyyətinə cəlb edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin