Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, cinayətkar silahlı birləşmənin üzvlərinin hər biri 6 il azadlıqdan məhrum edilib.
Hökmdə bildirilib ki, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, daha sonra Azərbaycan Respublikası hüdudlarından çıxarılsın. (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:19 / 23.07.2021
Erməni silahlı birləşmənin üzvlərinə 6 il həbs cəzası verildi
Hazırda oxunan: Erməni silahlı birləşmənin üzvlərinə 6 il həbs cəzası verildi
Hazırda oxunan: Erməni silahlı birləşmənin üzvlərinə 6 il həbs cəzası verildi
29607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.