İyulun 22-i saat 09 radələrində Neftçala rayonu, Bankə qəsəbə sakini 1989-cu il təvəllüdlü Mirağa Musayevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil oub.
Neftçala Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata göər, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Famil Baloğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:05 / 23.07.2021
Prokurorluq Neftçaladakı qətillə bağlı məlumat yaydı
Hazırda oxunan: Prokurorluq Neftçaladakı qətillə bağlı məlumat yaydı
Hazırda oxunan: Prokurorluq Neftçaladakı qətillə bağlı məlumat yaydı
29586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.