Uzun illərdir ki, siyasətə əlvida deyən AMİP sədrinin sabiq müavini Nazim İmanov bu günlərdə Qərb ölkələrinin səfirliklərinin birində təşkil olunan ziyafət məclisində görünüb. Moderator.az-ın əməkdaşının qarşılaşdığı Nazim bəy jurnalistlə ünsiyyətdən yayınıb. Əməkdaşımızın “hazırda nə işlə məşğulsunuz, harada işləyirsiniz, siyasi prosesləri izləyirsinizmi” suallarına Nazim bəy cavab verməkdən imtina edib. Suallara qısa cavablar verən Nazim İmanov “öz işiylə” məşğul olduğunu desə də ancaq işinin nədən ibarət olduğunu bildirməkdən yayınıb.
Moderator.az


































































































