Heydər Babayev İlham Əliyevi dəstəkləyəcəkmi? - EKSKLÜZİV

Hazırda oxunan: Heydər Babayev İlham Əliyevi dəstəkləyəcəkmi? - EKSKLÜZİV

29565
Yeni Azərbaycan Partiyasının qurultayında ölkə başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Bəs görəsən, vaxtilə İlham Əliyevin komandasında çalışan nazirlər onu bu seçkidə dəstəkləyəcəkmi? Moderator.az-ın əməkdaşı bu sualla sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə müraciət edib.

Artıq siyasətlə maraqlanmadığını deyən sabiq nazir ölkə həyatına dair heç bir məsələ barəsində danışmayacağını deyib: “Məni nə siyasət, nə də iqtisadiyyat maraqlandırır. Mən öz işlərimlə məşğulam”. “Sizdən xahiş edirəm ki, nə siyasi, nə də iqtisadi məsələlərlə bağlı mənə sual ünvanlamayın” deyən sabiq nazir telefonun dəstəyini asıb.

Heydər Babayevin “İlham Əliyevin namizədliyini dəstəkləyəcəksinizmi” sualından açıq şəkildə yayınması onun artıq mövcud hakimiyyətə münasibətinin mənfi olduğunu göstərir.

Görünür, nazir postundan uzaqlaşdırılandan sonra Bakıdakı biznes strukturlarına “əl qoyulan” Heydər Babayev hakimiyyətə qarşı çox qəzəblidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin