İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.
Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.
Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:20 / 23.07.2021
Havada toz dumanı müşahidə edilir
Hazırda oxunan: Havada toz dumanı müşahidə edilir
Hazırda oxunan: Havada toz dumanı müşahidə edilir
29565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.