Milli Qəhrəmanımız vəfat etdi

Hazırda oxunan: Milli Qəhrəmanımız vəfat etdi

2956

Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, Milli Qəhrəmanımız noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşüb.

Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alan polkovnik-leytenant süni tənəffüs aparatına qoşulmuşdu.

Xatırladaq ki, Məhəmməd Həsənov batalyon komandiri və döyüşçü kimi Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb.

1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra M.Həsənov "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi.

2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləyib. Son vaxtlar təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin