“Ali təhsil haqqında” qanun layihəsində ali məktəblərə qəbul proseduru ilə bağlı müddəalar da var”.
Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, qanun layihəsində bir sıra yeni prosedurlar nəzərdə tutulur. Bunlar isə seçim məsələsi ilə bağlıdır:
“Bu gün ölkəmizdə abituriyentlərin ümumtəhsil məktəblərini bitirdikdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirməsi aparılır, daha sonra ali məktəblərə imtahan verilir. Yəqin ki, burada yeni bir prosedur nəzərdə tutulacaq”.
O bildirib ki, bunlar gələcəkdə birləşdiriliməsi və vahid qiymətləndirmə sisteminin yaradılması nəzərdə tutulur:
“Digər tərəfdən ali məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi də həyata keçiriləcək. Bu reytinqlərə əsasən abituriyentlərin sərbəst şəkildə seçim etmələri mümkün olacaq. Vahid qiymətləndirmənin ilkin hüquqi bazasının yaradılmasını qanunda nəzərdə tuturuq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:44 / 18.11.2020
Buraxılış və qəbul imtahanları birləşdiriləcək
Hazırda oxunan: Buraxılış və qəbul imtahanları birləşdiriləcək
Hazırda oxunan: Buraxılış və qəbul imtahanları birləşdiriləcək
2953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.