Rövnəq Abdullayev işdən çıxarılan müavinləri ilə görüş keçirdi

Hazırda oxunan: Rövnəq Abdullayev işdən çıxarılan müavinləri ilə görüş keçirdi

29523

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.

Bizim.Media-nın SOCAR-a istinadən  verdiyi məlumata görə, görüşdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında hədəflərə çata bilinib. 

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və dövlətçiliyin güclənməsi istiqamətində var güclərini sərf edəcəklərini qeyd ediblər.

Sonda B. Hüseynova, D. Məmmədova, M. İsmayılova və T. Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilmiş və xatirə şəkli çəkdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin