“Tarixi qələbədən sonra yeni dərsliklər hazırlanacaq. Burada təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək”.
Bizim.Media-nın məlumatına görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında açıqlama verib.
Nazir bildirib ki, ilk istiqamət dərsliklərin mahiyyəti və əhval-ruhiyyəsi məsələsidir:
“Bu günə kimi təhsilimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını torpaqların işğaldan azad edilməsinə hazırlayaq. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib”.
E.Əmrullayev qısa müddətdə ərzində Vətən Müharibəsi ilə bağlı materialların məktəblərə çatdırılacağını söyləyib. Növbəti yarımildə bununla bağlı məzmunda dəyişiklik ediləcək.
“Dərsliklərdə torpaqlarımızın işğal olunma və işğaldan azad olunma tarixləri və dövlətimizin uğurlarını hər kəsə çatdırmalıyıq”, - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:04 / 18.11.2020
Təhsil naziri: “Dərsliklər dəyişdiriləcək”
Hazırda oxunan: Təhsil naziri: “Dərsliklər dəyişdiriləcək”
Hazırda oxunan: Təhsil naziri: “Dərsliklər dəyişdiriləcək”
2946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.