Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Xətai rayonunda yerləşən park bu gündən istifadəyə verilib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda Polad Həşimovun büstü və xatirə muzeyi açıldı - FOTO
Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, parkın ərazisi ilə yanaşı, həm də parka birləşən həyətlər də abadlaşdırılıb.
Parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.
Bizim.Media