Müsəlman aləminin müqəddəs bayramlarından biri olan Qurban bayramı adətən 3 gün qeyd olunur. Dini ayinlərə görə, hər bir müsəlman səhər saatlarında bayram namazı qılındıqdan sonra qurbanlIq heyvanlarını kəsərək, ehtiyacı olan insanlara paylayır.
Bu il Azərbaycanda Qurban bayramı iyulun 20-21-də qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Qurban bayramında bu ünvanlarda heyvan kəsiləcək – SİYAHI
Lakin dini bayramlar üç gün qeyd olunduğu üçün cəmiyyət arasında sabah yəni iyulun 22-də qurban bayramının davam edib-etməməsi barədə suallar yaranıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Elşad Miri bildirib ki, müsəlman aləmində sabah da bayram qeyd olunur.
“Bildiyimiz kimi Qurban bayramı 3 gün davam edir. Sabah Qurban bayramının 3-cü günüdür. Yəni istəyən şəxs sabah rahatlıqla öz qurbanını kəsə bilər”.
Vüsalə Balayeva, Bizim.Media