Bəylə gəlinin bəxti gətirdi: Reydlər zamanı...

Hazırda oxunan: Bəylə gəlinin bəxti gətirdi: Reydlər zamanı...

29354

Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar zamanı monitorinq aparılan obyektlərin əksəriyyətində karantin şərtlərinə əməl olunduğu, lakin bəzi şadlıq saraylarında müəyyən olunmuş tələb və qaydaların pozulduğu aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Portaldan keçməyib toy etdilər - Tərtərdə reyd


Monitorinq qrupları şənlik mərasimləri keçirilən məkanların ərazisi, stollar ətrafı və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, mərasimlərdə iştirak edənlərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələləri nəzarətdə saxlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin