Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu

Hazırda oxunan: Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu

29315

Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib. Beşmərtəbəli binanın damına çıxan Ağasıyev Muxtar özünü yerə atıb. 

Bizim.Media xəbər verir ki, xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub. Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinə polis çağırılıb. A. Muxtar saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. 

İlkin məlumata görə, həmin şəxsin psixi problemləri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin