Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göyçay rayonu, Ləkçılpaq kəndində 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun Yuxarı Şirvan kanalında batması barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Sabirabadda 6 yaşlı uşağın meyiti kanaldan çıxarıldı
Məlumata görə, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media