Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda 16 mərtəbəli yaşayış binası yanır - VİDEO
Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsinin olmadığı bildirilir.
Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyəti qurumların nümayəndələri ilə binadakı vətəndaşları təxiyə ediblər.
Bizim.Media