Vətən müharibəsi iştirakçısı olan bir qrup sərhədçi ehtiyata buraxıldı - FOTO

Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı olan bir qrup sərhədçi ehtiyata buraxıldı - FOTO

29228

İyulun 20-də Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hər bir sərhədçinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan tarixinin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında möhtəşəm Zəfəri gerçək etmiş Azərbaycan Silahlı Qüvvələrinin qalib əsgəri olması ilə, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşməsi ilə, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparması ilə qürur duymasını xüsusi vurğulayıb.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə dövlətimizin başçısı tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə şəkilləri çəkilib və onlar xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin