Şəhriyar Məmmədyarov erməni rəqibinə qalib gəldi

Hazırda oxunan: Şəhriyar Məmmədyarov erməni rəqibinə qalib gəldi

29143

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsinin cavab oyunları keçirilib.

Belə ki, otuzikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyana qalib gələrək hesabı bərabərləşdirib. Şahmatçımız rəqibi ilə tay-brekdə mübarizə aparacaq.

Vasif Durarbəyli isə çexiyalı David Navaranı 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Yığmamızın digər üzvləri - Nicat Abasov rusiyalı Andrey Yesipenko, Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paetsə məğub olaraq yarışla vidalaşıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin