Yevlaxda gənc qızın boğazını kəsərək öldürməkdə təqsirləndirilən Fərmanov Əhliman İbiş oğlunun cinayət işinə xitam verilib
Bizim.Media xəbər verir ki, bununla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən qərar çıxarılıb.
Bildirilib ki, Ə. Fərmanov saxlandığı təcridxanada xəstəlikdən dünyasını dəyişdiyi səbəbindən cinayət işinə xitam verilib.
Qeyd edək ki, hadisə ötən ilin mayın 25-də Yevlax rayonunda baş verib. Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.
A. Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə. Fərmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakı şəhər sakini Alyona Yanqarovanın boğazını kəsərək meyitini Varvara kəndindən keçən su kanalına atan Ə. Fərmanov taksi sürücüsü olub.
İcarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə. Fərmanov gənc qıza hücum edərək onun üzərindəki 10 min manat pulu və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb. Ə. Fərmanov daha sonra qızın boğazını kəsərək onun öldüyünə əmin olmaq istəyib və meyitini su kanalına ataraq uzaqlaşıb. (Apa)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:33 / 19.07.2021
Yevlaxda müştəri qızın boğazını kəsən taksi sürücüsü təcridxanada ölüb
Hazırda oxunan: Yevlaxda müştəri qızın boğazını kəsən taksi sürücüsü təcridxanada ölüb
Hazırda oxunan: Yevlaxda müştəri qızın boğazını kəsən taksi sürücüsü təcridxanada ölüb
29092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.