İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvü Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							12:12 / 19.07.2021
							
						Ağdamda əmisi oğlunu öldürən şəxs tutuldu
						
							
								Hazırda oxunan: Ağdamda əmisi oğlunu öldürən şəxs tutuldu							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Ağdamda əmisi oğlunu öldürən şəxs tutuldu							
						29078
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































