Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə psixotrop maddə olan "patı”və "şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Famil Dəmirov saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda "patı" qəbul edən gənc küçədə komaya düşdü - FOTO
Onun üzərinə keçirilən baxış zamanı F.Dəmirovdan satış məqsədilə qablaşdırılmış metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media