Qubada qoşqulu yük avtomobilinin mühərrikində başlayan yanğın sürücü tərəfindən söndürülüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Etibar Məmməd oğlu Ağayevin idarə etdiyi "DAF" markalı 90-CY-151 dövlət nömrə nişanlı qoşqulu yük avtomobilinin mühərrikində tüstülənmə başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Sex təmirə gələn maşınla birgə yandı
Hadisə barədə sürücü Fövqəladə Hallar Nazirliyinin qaynar xətti olan 101 qısa nömrəsinə zəng edərək məlumat verib.
Yanğına çevrilən tüstülənmənin qarşısını yanğınsöndürənlər çatanadək sürücü avtomobildə olan yanğınsöndürmə vasitələri ilə alıb.
Yanğın zamanı xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media