Pakistan ordusunun sözçüsü qeyd edib ki, İran İslam Respublikası ilə sərhəddə təhlükəsizliyi gücləndirmək və qanunsuz girişin qarşısını almaq üçün müasir texnologiyadan istifadə edilir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İRNA agentliyi yayıb.
Şənbə günü yerli mətbuata açıqlama verən general-mayor Babar İftixar bölgədəki vəziyyət, ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması, Pakistanın Əfqanıstanla qərb sərhədindəki gərginlik və sərhəd boyu terror elementlərinə qarşı mübarizə barədə danışıb.
MÖVZU İLƏ BAĞLI:
“Taliban” Pakistanla sərhəd məntəqəsini də ələ keçirdi
"Pakistan Əfqanıstandakı vəziyyəti yaxından izləyir və ərazisinə qonşuların daxil olmasına əsla icazə verməyəcək və eyni zamanda Əfqanıstan da bu addımı atacaq”, deyə o, qeyd edib.
Pakistan ordusunun rəsmisi əlavə edib ki, İranla sərhəd idarəetmə sistemi modernləşib.
İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif keçən ilin noyabr ayında Pakistana etdiyi 11-ci rəsmi səfəri zamanı Pakistan ordusunun təhlükəsizliyi təmin etmək və ortaq sərhədləri qorumaq üçün gördüyü işlərdən məmnun olduğunu bildirib.
Bizim.Media