Əməkdar jurnalist, "Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Onun ölmünə səbəb insult keçirməsi olub.
Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi.
Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
Jurnalistikadakı fəaliyyətinə görə, "Tərəqqi” medalı ilə təltif olunub. 2020-ci ildə milli mətbuatın 145 illik yubileyi ilə əlaqədar "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
O, uzun illər idi ki, "Azərbaycan” qəzetində Beynəlxalq şöbənin redaktoru vəzifəsində işləyirdi.
Allah rəhmət eləsin.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:19 / 18.07.2021
Azərbaycanda Əməkdar jurnalist vəfat etdi - FOTO
Hazırda oxunan: Azərbaycanda Əməkdar jurnalist vəfat etdi - FOTO
Hazırda oxunan: Azərbaycanda Əməkdar jurnalist vəfat etdi - FOTO
28972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.