Toy təşkilatçıları cərimələndi - VİDEO

Hazırda oxunan: Toy təşkilatçıları cərimələndi - VİDEO

28946

Abşeron və Zərdab rayonlarında karantin qaydalarını pozan restoranlar müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki “Tri palma” restoranında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Araşdırma zamanı toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, toy məclisi zamanı qonaqların müəyyən edilən saydan çox olduğu aşkarlanıb.

Qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər Elşən Əliyev və İlqar Muradov barələrində qanuna müvafiq tədbirlər görülüb və onlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Zərdab Rayon Polis Şöbəsi də Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin əməkdaşları ilə birgə yoxlamalar keçiriblər.

Yoxlamalar nəticəsində rayon ərazisində yerləşən "Kür" restoranında keçirilən toy məclisində müəyyən edilmiş saydan artıq şəxsin, yəni, 260 nəfərin toplaşdığı aşkar edilib.

Aşkarlanan qayda pozuntusu ilə əlaqədar məclisin təşkilatçısı Elmir Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. O, 4 min manat məbləğində cərimələnib.

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin