“Azərsu” ASC 2020-ci ili 323,222 milyon manat xalis zərərlə başa vurub.
Bizim.Media qurumun maliyyə hesabatına istinadla xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 45,45% azdır.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 4,6% artaraq 7 303,456 milyon manata çatıb.
Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 184,246 milyon manat (əvvəlki ilə nisbətən 4,55% az), satışlarının maya dəyəri 131,524 milyon manat (21,4% çox), inzibati xərcləri 40,432 milyon manat (29% çox), satış və paylanma xərcləri 117,024 milyon manat (13,5% çox), digər əməliyyat xərcləri 207,855 milyon manat (61,4% az), məzənnə fərqindən zərəri 15,508 milyon manat (16,4% çox), digər gəlirləri 7,846 milyon manat (35% az), maliyyə xərcləri 2,823 milyon manat (4,05% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 63 min manat (16,7% çox), mənfəət vergisi ödəmələri isə 85 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 000,837 milyon manat olub ki, bu da illik müqayisədə 9,75% çoxdur. 2020-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,6% azalaraq 582,814 milyon manata düşüb, balans kapitalı isə 28,4% artaraq 418,023 milyon manata çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:39 / 17.07.2021
“Azərsu”yun yığılmış zərəri 7 milyard manatı keçib
Hazırda oxunan: “Azərsu”yun yığılmış zərəri 7 milyard manatı keçib
Hazırda oxunan: “Azərsu”yun yığılmış zərəri 7 milyard manatı keçib
28940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.